"Qalatasaray"da maaş qalmaqlı -Osimhenin 21 milyon qazanması ədalətlidir?

"Qalatasaray"da maaş qalmaqlı -Osimhenin 21 milyon qazanması ədalətlidir?

"Qalatasaray"da maaş problemi böyük rezonans doğurub.

Fanat.Az xəbər verir ki, Barış Alper Yılmazın meneceri ilə bağlı yaşananlar komandada müəyyən narahatlığa səbəb olub.

İddiaya görə, menecer klubun bazasında etdiyi söhbətlərdə, “Osimhen ildə 21 milyon avro qazanarkən, Barış Alperin 2 milyon avro maaş alması ədalətlidirmi?” sözlərini işlədib.

Bu açıqlama "sarı-qırmızılılar"da xüsusilə digər ulduz futbolçular arasında xoş qarşılanmayıb və komanda daxilində müəyyən gərginlik yaradıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər