"Nyukasl Yunayted" tarixin ən bahalı transferini reallaşdırdı

"Nyukasl Yunayted" tarixin ən bahalı transferini reallaşdırdı

İngiltərə təmsilçisi "Nyukasl Yunayted" heyətini gücləndirib.

Fanat.Az xəbər verir ki, klub “Ştutqart”dan Nik Voltemeydi heyətinə qatıb.

Futbolçu üçün ingilislər 73 milyon avro transfer haqqı və əlavə 4 milyon avro bonus ödəyib.

Beləliklə, Nik Voltemeyd “Nyukasl” tarixinin ən bahalı futbolçusu olub.

O, əvvəlki rekord sahibi Aleksandr İsakın 70 milyon avroya transfer edilməsini geridə qoyub.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi ötən mövsüm 33 matçda 17 qol 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər