"Napoli" Avropa çempionu ilə yollarını ayırdığını açıqladı

"Napoli" Avropa çempionu ilə yollarını ayırdığını açıqladı

"Napoli" klubunun yarımmüdafiəçisi Luis Hasa karyerasını İtaliya B Seriyasında davam etdiorəcək.

Fanat.Az xəbər verir ki, məlumatı İtaliya nəhənginin mətbuat xidməti yayıb. 

21 yaşlı futbolçu "Karrareze"yə icarəyə verilib. Alban köklü futbolçu karyerasına "Yuventus"un əvəzedici komandasında başlayıb, daha sonra "Leççe"də də çıxış edib. Hasa İtaliyanın gənclərdən ibarət komandasının üzvü olub. 

2023-cü ildə o, U-19-lar arasında Avropa çempionatının qalibi olub. Bazar dəyəri 1 milyon avro olaraq qiymətləndirilən futbolçu bu mövsüm hələ də meydana çıxmayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər