Türkiyənin "Fənərbaxça" klubunun rəhbərliyi bu yay transfer pəncərəsində qanalı müdafiəçisi Aleksandr Cika ilə ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi onu Moskva "Spartak"ına satmağa razılaşıb.
İnformasiyanı jurnalist Elisa Buse Araçi yayıb. Xəbərə görə, Türkiyə vitse-çempionu 31 yaşlı futbolçunu almaq üçün rəsmi müraciət edən "Spartak"ın təklifini qəbul edib. “Qırmızı-ağlar” Cika üçün təxminən 5 milyon avro ödəməyə hazırdır. Qanalı ruslarla şəxsi müqaviləsinin şərtlərini razılaşdıracağı təqdirdə transfer baş tutacaq.
Xatırladaq ki, Aleksandr Ciku ötən mövsüm “Fənərbağça”nın heyətində Türkiyə çempionatında 25 oyun keçirib, 7 sarı vərəqə alıb. Müdafiəçi bundan əvvəl “Strasburq”, “Kan” və “Bastiya”da çıxış edib.
Mirağa