"Beşiktaş" və "Trabzonspor" onun üçün yarışda

"Beşiktaş" və "Trabzonspor" onun üçün yarışda

"Beşiktaş" və "Trabzonspor" transfer bazarında diqqətçəkən addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, Türkiyənin iki nəhəng klubu hazırda Fransa “Monako”sunda çıxış edən 26 yaşlı vinger Krepin Diatta ilə maraqlanır.

Fransanın nüfuzlu nəşri "L’Equipe"in yaydığı məlumata görə, həm "Beşiktaş", həm də "Trabzonspor" oyunçunu heyətinə qatmaq niyyətindədir. Hər iki klub hücum xəttini sürətli və fərdi bacarıqları ilə seçilən futbolçu ilə gücləndirmək istəyir.

Qeyd edək ki, Diatta hazırda "Monako"nun əsas oyunçularından biri hesab olunur. Onunla bağlı danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər