"Bayer Leverkuzen" cəmi 2 oyundan sonra ten Haqı göndərməyə qərar verdi - SON DURUM

"Bayer Leverkuzen" cəmi 2 oyundan sonra ten Haqı göndərməyə qərar verdi - SON DURUM

Bundesliqada yeni mövsümə pis başlayan "Bayer Leverkuzen" ilk iki turdakı uğursuz nəticələrə baş məşqçi Erik ten Haqla yollarını erkən ayıra bilər. 

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin komandası ilk turda “Hoffenhaym”a uduzub (1:2), son oyunda isə “Verder”lə heç-heçə edib (3:3). 

Xüsusilə "əczaçılar"ın Bremendə hesab 3:1 xeyrinə ikən, həm də say üstünlüyünə malik olmasına baxmayaraq, qələbəni əldən verməsi rəhbərliyi narazı salıb. 

"Kicker"-in iddiasına görə, "Bayer" rəhbərliyi "Verder"lə oyundan sonra ten Haqın istefaya göndərilməsini müzakirə edib. Yay transfer pəncərəsi bağlananda klub məşqçinin taleyini həll edəcək. 

"Bayer"növbəti Bundesliqa matçını sentyabrın 12-də evdə “Ayntraxt”a qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər