"Barselona" azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

"Barselona" azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

İspaniyanın "Barselona" klubu ilk dəfə azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

İbrahim Babayev "Barselona"nın gənclər komandasında (U17) çıxış edəcək.

O, bundan əvvəl İsveçrə "Servett"ində oynayıb.

İmza mərasimində "Barselona" gənclər heyətinin direktoru Soler Ferre və məşhur ispan futbolçusu Xose Ramon Aleksanko iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər