Mudrikə ilin sonuna qədər müddətə qadağa qoyuldu - SƏBƏB

Mudrikə ilin sonuna qədər müddətə qadağa qoyuldu - SƏBƏB

"Çelsi"nin cinah oyunçusu Mixail Mudrik ilin sonuna qədər maşın sürə bilməyəcək.

Fanat.Az xəbər verir ki. məlumatı "Evening Standard" yayıb.

Mənbənin məlumatına görə, ukraynalı futbolçu məhkəmənin qərarı ilə 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.

Futbolçu daha əvvəl sürət həddini aşdığı üçün polis tərəfindən saxlanılmışdı. Bir il yarım ərzində o, 13 cərimə xalı toplamışdı ki, bu da məhdudiyyətlərə əsas verirdi.

Xatırladaq ki, iyun ayında Mudrikə rəsmi olaraq dopinq ittihamı irəli sürülüb. Hadisə ucbatından o, noyabrın 28-dən sonra oynamayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər