Kerem transferində “FRoR” detalları – “Qalatasaray” hələ də söz sahibidir

Kerem transferində “FRoR” detalları – “Qalatasaray” hələ də söz sahibidir

"Qalatasaray"ın, Kerem Aktürkoğlu üçün “Benfika” ilə bağladığı satış müqaviləsində xüsusi “First Right of Refusal (FRoR)” maddəsi yer alır.

Fanat.Az xəbər verir ki, bu bəndə əsasən "Benfika" futbolçunu başqa bir kluba satmaq istədikdə, həmin təklif öncə "Qalatasaray"a təqdim edilməlidir. Sarı-qırmızılı klub isə ya eyni təklifi qəbul edə, ya da rədd edə bilər.

Bu barədə məlumatı türkiyəli jurnalist Burhan Can Terzi yayıb.

Məsələn, “Fənərbağça”nın Kerem üçün etdiyi son transfer təklifinin eynisi artıq “Qalatasaray”a göndərilib. Bu isə “aslanlar”a müəyyən üstünlüklər qazandırır.

Mümkün ssenarilər belədir:

1. Əgər "Qalatasaray" cavab veribsə, Kerem problemsiz şəkildə “Fənərbağça”ya keçə bilər.

2. "Qalatasaray"ın cavab haqqı 5 gündür. Klub bu müddəti son günə qədər saxlayarsa, "Fənərbağça" Keremi UEFA siyahısına əlavə etməkdə çətinlik çəkəcək.

3. Əgər "Benfika" bu maddəni tətbiq etməzsə, müqavilə şərtlərinə görə "Qalatasaray"a ciddi təzminat ödəməli olacaq.

Beləliklə, Kerem Aktürkoğlunun gələcəyi yalnız “Benfika” və “Fənərbağça” arasında deyil, həm də "Qalatasaray"ın qərarından asılıdır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər