İsmail Yüksek üçün 20 milyon avroluq təklif

İsmail Yüksek üçün 20 milyon avroluq təklif

“Fənərbağça”nın futbolçusu İsmail Yüksek də Avropa klublarının diqqətindədir.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinə milli oyunçu üçün 20 milyon avronun üzərində təklif daxil olub.

Bu barədə məlumatı türkiyəli jurnalist Sercan Hamzaoğlu yayıb.

Adı açıqlanmayan klubun İngiltərə Premyer Liqası təmsilçisi olduğu təxmin olunur.

İsmail Yüksek son mövsümdəki parlaq çıxışı ilə həm Türkiyə millisində, həm də “Fənərbağça”da önəmli rol oynayıb.

Bu səbəbdən də İsmayil Avropanın bir neçə klubunun radarına düşüb. İstanbul klubu isə hazırda təklifi qiymətləndirmə mərhələsindədir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər