İngiltərə klubu "Fənərbağça"nın ulduzuna elçi düşdü

İngiltərə klubu "Fənərbağça"nın ulduzuna elçi düşdü

“Vest Hem Yunayted” Ceydon Oostervolde transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, “Fənərbağça”nın müdafiəçisi Jayden Oosterwolde üçün ingilislər rəsmi təklif göndərib.

Lakin İstanbul klubu oyunçunu yalnız yüksək məbləğdə transfer təklifi gəldiyi halda satmağı düşünür.

Bu barədə məlumatı türkiyəli jurnalist Rəşad Can Özbudaq yayıb.

Klub rəhbərliyi holland futbolçunun gələcəkdə daha da dəyər qazanacağına inanır və onun ayrılığına yalnız ciddi maliyyə gəliri təmin edən variantlarda razılıq verilə bilər.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 13 milyon avrodur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər