İlkay Gündoğan "Qalatasaray"da - RƏSMİ

İlkay Gündoğan "Qalatasaray"da - RƏSMİ

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Qalatasaray" ulduz futbolçunun transferini reallaşdırıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar" 34 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna təzminat ödəməyib. Almaniya millisinin sabiq üzvü "Qalatasaray"la 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İlkay Gündooğan ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 54 oyunda 5 qol vurub, 8 qol ötürməsi edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər