Hansi Flikdən sürpriz tələb – “Barselona” Kenan Yıldızın dalınca

Hansi Flikdən sürpriz tələb – “Barselona” Kenan Yıldızın dalınca

“Barselona”nın baş məşqçisi Hansi Flik rəhbərliyə xüsusi istək bildirib.

Fanat.Az xəbər verir ki, ispan mətbuatında yer alan məlumatlara görə, Flik “Yuventus”un gənc hücumçusu Kenan Yıldızın transfer edilməsini istəyib.

Məlumatı Fichajes yayıb.

Xəbərdə bildirilir ki, türkiyəli futbolçu Flikin gələcək planlarının mərkəzində dayanır. Alman mütəxəssis Kenanı həm hücum xəttində alternativ, həm də uzunmüddətli perspektiv üçün əsas oyunçu kimi görür.

Kenan Yıldız son mövsümdə “Yuventus”da göstərdiyi performansla Avropa nəhənglərinin diqqətini üzərinə çəkib. Onun texniki bacarıqları və meydandakı çevikliyi “Barselona” rəhbərliyini də hərəkətə keçirib.

Türk futbolçunun “Yuventus”la müqaviləsi davam etsə də, gənc yaşda göstərdiyi oyun Kataloniya təmsilçisinin onu ciddi şəkildə gündəminə gətirməsinə səbəb olub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər