Füzuli Məmmədovun yeni iş yeri müəyyənləşmək üzrədir - Razılıq əldə edildi

Füzuli Məmmədovun yeni iş yeri müəyyənləşmək üzrədir - Razılıq əldə edildi

Misli Premyer Liqasının ikinci yarısında sərgilədiyi inamlı oyuna rəğmən, elitada yerini qoruya bilməyən "Karvan-Yevlax"ın baş məşqçi postunu tərk edən Füzuli Məmmədovun yeni iş yeri müəyyənmləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın rəhbərliyi ilə görüşüb.

Müzakirələr zamanı tərəflərin fikirləri üst-üstə düşüb. Qarşısına çempionluq və Premyer Liqaya vəsiqə məqsədi qoyan Qusar təmsilçisinə həm sponsorluq, həm də rəhbərlik edən "ISFA Green Life" şirkətinin direktoru Samir Xeyirbəyov Məmmədovun təyinatını ən uyğun variant sayır.

Bu isə o deməkdir ki, qeyri-adi nəsə baş verməsə, yaxın vaxtlarda sözügedən çalışdırıcının bölgə komandasının "sükanı arxası"na keçməsi rəsmiləşəcək.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər