Eriksenin yeni klubu bilindi - RƏSMİ

Eriksenin yeni klubu bilindi - RƏSMİ

"Mançester Yunayted"dən ayrılan yarımmüdafiəçisi Kristian Eriksen karyerasını Almaniyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu “Volfsburq”a transfer olunub. 

Bundesliqa klubunun mətbuat xidməti danimarkalının keçidini rəsmən açıqlayıb. O, yeni klubuna azad agent kimi keçib. Futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yayından manikuanların şərəfini qoruyan Eriksen bundan başqa, "Ayaks", "Tottenhem" və "İnter"də də çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər