Erik ten Haqın klubdan göndərilmə səbəbləri üzə çıxdı

Erik ten Haqın klubdan göndərilmə səbəbləri üzə çıxdı

Erik ten Haqın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yeni detallar ortaya çıxıb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis gətirdiyi texniki heyətlə belə münasibət qura bilməyib. O, daim klub planlamasına müdaxilə edərək öz menecerlik şirkəti vasitəsilə futbolçu transfer etməyə çalışıb.

Bu barədə "BILD" nəşri məlumat yayıb.

Ten Haqın məşq metodları da oyunçular arasında narazılıq yaradıb. O, "push-up" kimi fiziki çalışmalara topla keçirilən məşqlər qədər önəm verib. Bundan başqa futbolçular matçlarda nə etməli olduqlarını dəqiq bilmədiklərini bildiriblər.

Baş məşqçinin klubdakı əksər şəxslərlə münasibətinin soyuq olması da əlavə səbəblərdən biri olub.

"Bayer Leverkusen" isə Erik ten Haqı tarixlərindəki “ən uğursuz baş məşqçi” hesab etdiyini qeyd edib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər