Transfer hüquqları "Qalatasaray"a məxsus olan yarımmüdafiəçisi Nikolo Dzanyolo vətəninə qayıdıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı italyan futbolçu "Udineze"yə keçib.
A Seriyası klubunun mətbuat xidməti ulduz oyunçunun keçidini rəsmən açıqlayıb. Udine komandası yarımmüdafiəçini cari mövsüm üçün - 2026-cı il iyunun 30-dək icarəyə götürüb.
Tərəflər arasında müqavilənin digər təfərrüatları məlum deyil.
Dzanyolo ötən mövsüm icarə əsasında "Fiorentina" və "Atalanta"da çıxış edib. O, ümumilikdə 36 matçda iştirak edib, 3 qol vurub və bir o qədər də məhsuldar ötürmə müəllifi olub.
Mirağa