PSJ-nin ulduz hücumçusu Usman Dembele zədələnib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı L'Equipe yayıb.
Mənbənin məlumatına görə, Dembele DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda bud nahiyəsindən zədə alıb. “Qızıl top”a əsas namizədlərdən biri olan futbolçu ikinci hissədə meydana daxil olsa da, 81-ci dəqiqədə zədələnərək əvəzlənib. PSJ-nin ulduz forvardı artıq millini tərk edib. O, yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Xatırladaq ki, Usman Dembele ötən mövsüm Paris klubunun çempionluq, Fransa kuboku və Superkubokunu, eləcə də Çempionlar Liqasını qazanmasında əsas pay sahiblərindən olub.
Mirağa