Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığma evdə Ukrayananı qəbul edəcək.
Seçmə mərhələnin ilk oyununda İslandiyaya böyük hesabla (0:5) uduzan, bundan sonra portuqaliyalı baş məşqçi Fernandu Santuşu istefaya göndərən yığma meydana U-21-in çalışdırıcısı Ayxan Abbasovun rəhbərliyi altında çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
DÇ-2026, seçmə mərhələsi D qrupu, 2-ci tur 9 sentyabr
20:00. Azərbaycan - Ukrayna Hakimlər: Vassilis Fotias, Andreas Meintanas, Mixail Papadakis. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu