Cengiz Ünder "Fənərbağça"nı digər İstanbul nəhənginə dəyişdi

Cengiz Ünder "Fənərbağça"nı digər İstanbul nəhənginə dəyişdi

Türkiyə millisinin futbolçusu Cengiz Ünder "Fənərbağça"dan ayrılıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "sarı lacivərdlilər"in rəsmi saytı yayıb. 

O, tezliklə "Beşiktaş"a qoşulacaq. "Fənərbağça" "qara qartallar"la mövsümün sonuna qədər satınalma opsionu ilə icarə əsasında razılığa gəlib. 

Ünder ötən mövsüm 25 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bu görüşlərdən 10-nu "Fənərbağça"da, 15-ni "Los Anceles"də keçirib. Futbolçu qasıq nahiyəsindən aldığı zədə səbəbindən 2 ay futbolsuz qalıb. 

28 yaşlı sağ cinah oyunçusu karyerası ərzində "Roma", "Lester" və "Marsel"də də çıxış edib. Onun bazar dəyəri 7,5 milyon avro olaraq qiymətləndirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər