Üç turun mənzərəsi: Felipe Santos hamını qabaqlayır

Üç turun mənzərəsi: Felipe Santos hamını qabaqlayır

Misli Premyer Liqasında artıq 3 tur geridə qaldı. Üç tur ərzində 17 oyun ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) keçirilib və 39 qol qeydə alınıb. Bu da hər oyuna təxminən 2,3 qol deməkdir. 

Fanat.Az-ın hesablamasına görə, 3 tur ərzində vurulan 39 qoldan 22-nə 21 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. 

Qalan 17 qoldan 3-ü avtoqol, 4-ü penaltidən vurulub, qalanları isə standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb. 

Məhsuldar ötürmə müəlliflərinə gəlincə, "Araz-Naxçıvan"ın vingeri Felipe Santos 2-ci turda "Turan Tovuz"la, 3-cü turda isə "Qəbələ" ilə görüşlərdə assisentlik edib. Braziliyalı futbolçu 2 məhsuldar ötürmə ilə liderdir. 

3 tur ərzində assisentlik edən futbolçular:

1-ci tur

"İmişli" - "Turan Tovuz": Veysəl Rzayev ("Turan Tovuz")  "Karvan-Yevlax" - "Qəbələ": Şahin Şahniyarov ("Qəbələ") "Sumqayıt" - "Kəpəz": Abdul Raşid ("Sumqayıt") "Sumqayıt" - "Kəpəz": Rüstəm Əhmədzadə ("Sumqayıt") "Sumqayıt" - "Kəpəz": Ronaldo ("Sumqayıt") "Zirə" - "Araz-Naxçıvan": İssuf Paro ("Araz-Naxçıvan")    

2-ci tur

"Şamaxı" - "Sabah": Rəhman Daşdəmirov ("Sabah") "Şamaxı" - "Sabah": Stiv Solvet ("Sabah") "Şamaxı" - "Sabah": Rüfət Abbasov ("Şamaxı") "Kəpəz" - "Karvan-Yevlax": Mahamadu Ba ("Kəpəz") "Kəpəz" - "Karvan-Yevlax": Coy-Sleyd Mikels ("Karvan") "Turan Tovuz" - "Araz-Naxçıvan": Roderik Miller ("Turan Tovuz") "Turan Tovuz" - "Araz-Naxçıvan": Ba-Muaka Simakala ("Araz-Naxçıvan") "Turan Tovuz" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan") "Qəbələ" - "Zirə": Junior Martins ("Zirə")

3-cü tur

"Sumqayıt" - "Şamaxı": Abdulaye Şuaybu ("Şamaxı") "Zirə" - "Kəpəz": İssa Cibrila ("Zirə") "Zirə" - "Kəpəz": Namik Ələsgərov ("Zirə") "Sabah" - "İmişli": Dioqu Almeyda ("İmişli") "Karvan-Yevlax" - "Qarabağ": Kadi ("Qarabağ") "Araz-Naxçıvan" - "Qəbələ": Felipe Santos ("Araz-Naxçıvan") "Neftçi" - "Turan Tovuz": Enrike Silva ("Turan Tovuz")

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər