"Qalatasaray"ın ulduz futbolçusu Barış Alper Yılmaz gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, gənc hücumçu klubda qalmaq qərarı verib.
Bu barədə məlumatı "TRT Spor" yayıb.
NEOM Barış üçün Türkiyə çempionuna 40 milyon avro təklif etmişdi.
Sözügedən futbolçunun son iki matçda - "Kayserispor" və "Rizespor"la qarşılaşmalarda heyətdə yer almaması bu qərarın futbolçunun karyerasında yeni mərhələ üçün düşündüyünü göstərir.
Klub rəhbərliyi də futbolçunun qalıb komandanın planlarında yer almasına müsbət yanaşıb.
Kamil Xudiyev