AFFA-nın liqalarında hakimlik edən Aytac Əhmədova 12 ay müddətinə futbolla əlaqədar bütün fəaliyyətdən məhrum edilib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar çıxarıb.
Məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Xanım ədalət təmsilçisi sənədləri saxtalaşdırdığına görə bu cəza ilə üzləşib.