Azərbaycan 1-ci liqasında yeni mövsüm başlayır.
Fanat.Az xəbər verir ki, 10 komandanın mübarizə aparacağı çempionatın açılış turu 2 oyunla start götürəcək.
Hər iki görüş eyni vaxtda - 16:30-da başlayacaq. "Ordu" 1-ci Liqanın debütantı "Şahdağ Qusar"ı qonaq edəcək. "Zaqatala" isə doğma meydanda "Cəbrayıl"ı sınağa çəkəcək.
Azərbaycan 1-ci Liqası 1-ci tur 11 sentyabr (cümə axşamı)
16:30. "Ordu" – “Şahdağ Qusar” Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov. Binə. Qəsəbə stadionu
16:30. “Zaqatala” – “Cəbrayıl” Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun qalan oyunları cümə və şənbə günü baş tutacaq:
12 sentyabr (cümə)
16:30. “Şəfa” – “Şimal” 19:00. “Səbail” – “Mingəçevir”
13 sentyabr (şənbə)
16:30. “Baku Sportinq” – “Difai”