Zaniolo üçün kritik gün - İtaliya klubu danışıqları sürətləndirdi

Zaniolo üçün kritik gün - İtaliya klubu danışıqları sürətləndirdi

“Udineze” “Qalatasaray”ın futbolçusu Nikolo Zaniolonun transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, A Seriyası klubu İtaliya millisinin üzvü ilə bağlı danışıqları intensivləşdirib.

Bu barədə məlumatı məşhur jurnalist Cianluca Di Marzio yayıb.

Hələlik tərəflər arasında maliyyə şərtlərində tam razılıq əldə olunmayıb, lakin bu gün transfer prosesində kritik qərarların verilə biləcəyi vurğulanır.

Futbolçunun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər