Yamal qanlı ayağını göstərdi - FOTO

Yamal qanlı ayağını göstərdi - FOTO

"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatının 25-ci turunda "Las Palmas"la oyunda aldığı zədənin nəticələrini göstərib.

Fanat.Az xəbər verir ki, görüş 2:0 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb.

Yamal bu oyunda bir məhsuldar ötürmə edib.

İspaniyalı ulduz matçdan sonra sosial şəbəkə hesabında sol ayağındakı corabın qan içində olan fotosunu paylaşıb. O, fotoya istehzalı şəkildə: "Qayda pozuntusu yoxdur", - şərhini əlavə edib.

Yamal qanlı ayağını göstərdi - FOTO

17 yaşlı Yamal bu mövsüm La Liqada 22 matçda 5 qol vurub və 12 məhsuldar ötürmə edib.

“Barselona” ardıcıl 5-ci qələbəsini qazanaraq 54 xalla turnir cədvəlindəki liderliyini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər