"Leypsiq"in yarımmüdafiəçisi Xavi Simons artıq Londondadır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ben Yakobs sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb.
Mənbənin məlumatına görə, Simons tezliklə Premyer Liqa klubuna keçəcək. O, bütün yayı "Çelsi"yə keçmək istəyirdi. Niderlandlı hətta "zadəganlar"la müqavilənin şərtlərini də razılaşdırıb. Bununla belə, "Tottenhem" də futbolçu üçün mübarizəyə qoşulub və danışıqlar aparır. "Leypsiq" 22 yaşlı futbolçunun satışından 65 milyon avrodan çox qazanmaq istəyir.
Mirağa