Viktor Osimhenin adına məscid tikildi

Viktor Osimhenin adına məscid tikildi

Konyanın Karatay bölgəsində qəribə bir hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, şəhərdə yerləşən Bulut məscidi, "Google" Xəritələrdə naməlum səbəbdən “Viktor Osimhen Məscidi” kimi qeyd olunub.

Nigeriyalı futbolçu Viktor Osimhen ilə heç bir əlaqəsi olmayan məscidin bu adla görünməsi, sosial mediada diqqət çəkib.

Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Bu hadisə azarkeşlər arasında böyük rezonans doğurub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər