UEFA reytinqi: Azərbaycan neçəncidir?

UEFA reytinqi: Azərbaycan neçəncidir?

Avropa Liqası və Konfrans Liqasında dünən keçirilən pley-off mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, avrokuboklarda təmsilçisi qalmayan ölkəmizin mövqeyi dəyişməyib.

Azərbaycan hazırda 19,625 xalla 28-ci pillədə qərarlaşıb. Ölkəmiz üçün cari mövsümün qazancı 2,875-ə bərabərdir. “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 reytinq xalı əldə edib.

Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.593) 29-cudur.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıda liderlik 106,624 xalı İngiltərəyə məxsusdur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər