Tyerri Anri Mbappe ilə Holandı müqayisə etdi

Tyerri Anri Mbappe ilə Holandı müqayisə etdi

"Arsenal"ın və Fransa yığmasının əfsanəvi hücumçusu Tyerri Anri "Real"ın ulduzu Kilian Mbappe ilə "Mançester Siti"nin forvardı Erlinq Holandı müqayisə edib.

Fanat.Az xəbər verir ki, "Daily Mail" sabiq futbolçunun dediklırini belə təqdim edib: 

"Hamı Mbappe və Holandın Ronaldu və Messinin davamçılarına çevriləcəyini düşünürdü. lakin indi insanlar buna şübhə etməyə başlayıblar. Baxmayaraq ki, statistika baxımından Kilian və Erlinqin göstəriciləri inanılmazdır. Mbappeyə "Real Madrid"ə uyğunlaşmaq üçün daha çox vaxt verilməlidir, çünki Kilian Avropanın ən böyük klublarından birində yeni mövqedə oynamağa çalışır. Mən məşqçi olsaydım, Mbappe və Holand arasında tərəddüd etmədən Kilianı seçərdim. Özünü təklif edir, topu verir, alır, dəyişkənlik yaradır. Məşqçi üçün də rahatdır, çünki Mbappe müxtəlif mövqelərdə oynaya bilər. Holandın başqa mövqedə oynaya biləcəyinə şübhə edirəm". Xatırladaq ki, “Real Madrid” və “Mançester Siti” bu yaxınlarda Çempionlar Liqasının ilk pley-off matçında üz-üzə gəlib. Madrid klubu 3:2 hesabı ilə qalib gəlib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər