Çempionlar Liqasının coğrafiyası daha da genişlənib.
Fanat.Az xəbər verir ki, turnirdə ilk dəfə iştirak edən bəzi klublar yarışın ən şimal, ən şərq və ən cənub nöqtələrinə damğa vurub.
Şimal: Norveç təmsilçisi "Bodo Qlimt" Şimal qütb dairəsində Çempionlar Liqasında oynayan ilk komanda kimi tarixə düşüb. Bununla da klub turnirin indiyədək iştirak edən ən şimaldakı komandası olub.
Şərq: Qazaxıstan təmsilçisi "Kayrat Almatı" isə coğrafi baxımdan Çinə çox yaxın mövqeyi ilə seçilir. Bu səbəbdən Almatı təmsilçisi Çempionlar Liqası tarixinin ən şərqdə yerləşən klubu adını qazanıb.
Cənub: Cənubi Kipr təmsilçisi "Pafos" “Makkabi Hayfa”dan sonra turnir tarixində ən cənubdakı klub olub.
Beləliklə, Çempionlar Liqası artıq həm eninə, həm də boyuna daha geniş coğrafiyanı əhatə edəcək.
Kamil Xudiyev