Tanınmış qapıçı karyerasını bitirdi

Tanınmış qapıçı karyerasını bitirdi

Uels millisinin məşhur qapıçısı Ueyn Hennessi karyerasını bitirmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə "İnstaqram" səhifəsində paylaşım edib .

Hennessinin son klubu "Nottingem Forest" olub. Qapıçı həmçinin "Vulverhempton", "Bristol Siti", "Stokport", "Yovil", "Kristal Pelas" və "Börnli" klublarında çıxış edib.

Hennessi 2007-2023-cü illər arasında Uels millisində 109 oyun keçirib. O, komanda ilə AÇ-2016 və DÇ-2022-də iştirak edib.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər