Slovakiyalı müdafiəçi Ronaldu ilə komanda yoldaşı olacaq

Slovakiyalı müdafiəçi Ronaldu ilə komanda yoldaşı olacaq

Portuqaliyalı ulduz Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyə Ərəbistanı təmsilçisi "Əl Nəsr" heyətini gücləndirib.

Fanat.Az xəbər verir ki, sözügedən klub "Feyenoord" forması geyinən David Hançkonu heyətinə qatıb.

Bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Futbolçu ilə müddəti  2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

Niderland nəhəngi bu transferdən 33 milyon avro qazanacaq.

Qeyd edək ki, transferin yaxın günlərdə rəsmi olaraq ictimaiyyətə açıqlanacağı bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər