Salah "Liverpul"un tarixinda ilk "üçlüy"ə düşdü

Salah "Liverpul"un tarixinda ilk "üçlüy"ə düşdü

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 26-cı turunda səfərdə "Mançester Siti"lə oyunda (2:0) vurduğu qolla klubunun tarixinə düşüb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Opta" yayıb.

Bu onun İngiltərə klubunda vurduğu 241-ci qol olub. Beləliklə, misirli forvard Qordon Hocson ilə bərabər, "Liverpul"un bütün zamanların bombardirləri siyahısında üçüncü yerə yüksəlib. "Qırmızılar"ın heyətində yalnız Rocer Hant (285) və İan Raş (346) daha çox qol vurublar. 

"Liverpul"un bütün zamanların bombardiri: İan Raş - 346, Rocer Hant - 285, Qordon Hocson - 241, Məhəmməd Salah - 241, Billi Liddell - 228, Stiven Cerrard - 186, Robbi Fauler - 183, Kenni Dalqliş - 172, Maykl Ouen - 158, Harri Çembers - 151.

Xatırladaq ki, Salah 2017-ci ilin yayından "Livepul"da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. O, "Liverpul" ilə müqaviləsini hələ də uzatmayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər