Salah Premyer Liqa tarixinin rekorduna imza atdı

Salah Premyer Liqa tarixinin rekorduna imza atdı

İngiltərə Premyer Liqasında ötən gün 15-ci turdan təxirə salınmış derbi oynanılıb. 

Fanat.Az xəbər verir ki, "Liverpul" "Everton"la səfər matçında xal itirib - 2:2. 

Bununla belə, derbidə həm qol vuran, həm məhsuldar ötürmə edən "Liverpul"un hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb.

"Squawka"-nın hesablamasına görə, Salah İngiltərə Premyer Liqası tarixində bir mövsümdə səfərdə 22 qol+ötürmə edən ilk oyunçu olub. Belə ki, misirli 2024/2025 mövsümündə keçirdiyi 13 matçda 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

32 yaşlı superulduz "Arsenal"ın sabiq hücumçusu Endi Koulun 1993/1994 mövsümündə qeydə alınan rekordunu (21) təzələyib.

Salah bu mövsüm klubunun heyətində bütün turnirlərdə 35 oyun keçirib, 27 qol vurub və 19 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər