Sabiq "Qalatasaray"lı "Fənərbağça" ilə anlaşdı -SON DURUM

Sabiq "Qalatasaray"lı "Fənərbağça" ilə anlaşdı -SON DURUM

"Fənərbağça" Portuqaliyanın "Benfika" klubunda çıxış edən milli futbolçu Kerem Aktürkoğlunun transferi üçün anlaşmaya gəlib.

Fanat.Az xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu, klub prezidenti Ali Koça təqdim etdiyi hesabatda Kerem Aktürkoğlunun alınmasının vacib olduğunu vurğulayıb.

Ali Koçun birbaşa təlimatı ilə "Fənərbağça"nın idarə heyətində yer alan Hakan Safi, bu gecə xüsusi təyyarə ilə Portuqaliyaya gedir. Məqsəd Kerem Aktürkoğlunun transferini rəsmiləşdirmək və son sənədləşmə işlərini yekunlaşdırmaqdır.

Kerem Aktürkoğlunun “sarı-lacivərd” forma ilə geri dönüşü Türk futbol ictimaiyyətində böyük rezonans doğurub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər