Sabiq hakimə ağır itki üz verdi

Sabiq hakimə ağır itki üz verdi

Beynəlxalq dərəcəli futbol hakimi, hazırda hakim-inspektor olan Orxan Məmmədova ağır itki üz verib.

Fanat.Az-ın məlumatına görə, 40 yaşlı ədalət təmsilçisinin övladı dünyasını dəyişib. 

Səhhətində problem olan və bir neçə dəfə beyin əməliyyatı keçirən Neymət 11 yaşında vəfat edib. 

Xatırladaq ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi Orxan Məmmədov 2008-2010-cü illərdə laynsman, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb. 2021/2022 mövsümündən isə hakim-inspektordur.

Orxan Məmmədova dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirik.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər