Rusiyalı məşqçi futbolçu karyerasını bərpa edir - 42 yaşında

Rusiyalı məşqçi futbolçu karyerasını bərpa edir - 42 yaşında

Rusiya millisinin sabiq hücumçusu Aleksandr Kerjakov futbolçu karyerasını bərpa edə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "RB-Sport" yayıb. 

Mənbənin iddiasına görə, 42 yaşlı veteran məşqçilik karyerasında fasilə yarandığı üçün böyük futbola qayıtmaq fikrinə düşdüyünü etiraf edib. 

Qeyd edək lazımdır ki, Kerşakovun son iş yeri Qazaxıstan "Kayrat"ı olub. Mütəxəssis buna qədər Serbiya “Spartak”ı, Kipr “Karmiotissa”sı, habelə, Rusiyanın "Pari Nijni Novqorod" və “Tom” komandalarını çalışdırıb. 

Kerjakov sonuncu dəfə 2017-ci ilin mayında futbolçu kimi meydana çıxıb. Forvard karyerası ərzində “Zenit”, “Dinamo Moskva”, İspaniyanın “Sevilya” və İsveçrənin “Sürix” klublarında çıxış etməyi bacarıb. 

O, Rusiya millisinin heyətində 90 oyun keçirib və 30 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər