"Aston Villa"nın cinah oyunçusu Ceykob Remsi İngiltərədə klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, o, "Nyukasl"a keçib.
Bu barədə "sağsağanlar"ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Müqavilənin təfərrüatları açıqlanmır, lakin tanınmış insayder Fabritsio Romano Remsinin transferinin "Nyukasl"a 46 milyon avroya başa gəldiyini bildirib.
Remsi "Aston Villa"nın əsas komandanın heyətində 167 oyuna çıxıb, 17 qol vurub və 19 məhsuldar ötürmə verib. “Transfermarkt” Remsinin dəyərini 32 milyon avro qiymətləndirir.