Rahid Əmirquliyev qısa müddətdə 2 dəfə əməliyyat olundu

Rahid Əmirquliyev qısa müddətdə 2 dəfə əməliyyat olundu

"Şahdağ Qusar"ın oynayan məşqçisi, bu yaxında klubun rəhbəri səlahiyyətinə də yiyələnən veteran futbolçu Rahid Əmirquliyev qısa müddətdə 2 dəfə cərrah masasına uzanmalı olub.

Bu barədə Fanat.Az-a millimizin sabiq yarımmüdafiəçisi özü məlumat verib.

"İyunun əvvəlində dizimdən əməliyyat olundum. Bir müddət sonra yenidən problem yarandı. Əməliyyat yerindən çirk gəlməyə başladı.Dedilər infeksiya düşüb. Belədə yenidən əməliyyat olundum. Şükür, bir aydan çox ötüb, hər şey yaxşıdır. Yaxında bərpa məşqlərinə başlayacağam. "Şahdağ Qusar"a futbolçu kimi hələ də kömək edə biləcəyimi düşünürəm. Məşqlərə başladıqdan sonra tez zamanda formamı bərpa edib yaşıl meydana dönəcəyəm. Çünki heyət əsasən gənclərdən qurulub. Onlara meydanda da dəstək lazımdır".

Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqanın qalibi olaraq I Liqaya yüksəlib.

Mirağa    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər