Rafinya millinin oyununda zədələndi

Rafinya millinin oyununda zədələndi

"Barselona"nın cinah hücumçusu Rafinya zədələnib. Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin yığmasının bu gün Avstriya ilə keçirdiyi yoldaşlıq görüşündə (4:2) sıradan çıxıb. Matçın 45+1-ci dəqiqəsində penaltidən qol vuran vingerin sağ ombasından xəsarət aldığı üçün əvəzləndiyi diqqətə çatdırılıb. Cari mövsüm klubunda və Braziliya millisində ümumilikdə 10 oyun keçirən Rafinya 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasında Azərbaycan təmsilçisi "Sabah"ın rəqiblərindəndir. "Bayquşlar" "blauqrana" ilə noyabrın 25-də üz-üzə gələcəklər. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər