Qvardiola "ağ bayraq qaldırdı" - "Mənim dövrüm sona çatdı"

Qvardiola "ağ bayraq qaldırdı" - "Mənim dövrüm sona çatdı"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün cavab oyununda “Real”a məğlubiyyətdən (1:3) sonra gələcəyi və komandasının hazırkı durumu haqda danışıb. 

Fanat.Az xəbər verir ki, AS nəşri ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:

"Dövrümün sonudur? Müəyyən mənada, bəli. Heç nə əbədi deyil. Yeddi ildə 6 dəfə Premyer Liqanın qalibi olduq, Çempionlar Liqasında isə hər il 1/4 finala, yarımfinala və finala yüksəldik... İşləmək üçün gücümüz varmı? Dayanmaq fikrim yoxdur. Amma mən reallığı qəbul edirəm". 

Qeyd edək ki, Qvardiola karyerasında ilk dəfə "Mançester Siti"ni Çempionlar Liqasının 1/8 finalına çıxara bilməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər