"Xankəndi" ilk turdakı rəqibini bu gün sınağa çəkir

"Xankəndi" ilk turdakı rəqibini bu gün sınağa çəkir

İkinci Liqanın debütantı "Xankəndi" bu gün yoxlama oyunu keçirəcək. 

Fanat.Az-ın məlumatına görə, qarabağlılar paytaxt təmsilçisi "Dinamo Bakı" ilə qüvvəsini sınayacaq. 

Oyun "Neftçi"nin Azadlıq prospektindəki keçmiş bazasında baş tutacaq və saat 21:00-da start götürəcək. 

Maraqlıdır ki, "Xankəndi" ilə "Dinamo Bakı" II Liqanın açılış turunda da bir-birinə rəqib olacaq. Çempionatın startı 6-7 sentyabra təsadüf edəcək. 

"Xankəndi" Region Liqasının son qalibi kimi bu II Liqaya vəsiqə qazanıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər