"Trabzonspor" İtaliya nəhəngini mübarizədən kənarlaşdırdı

"Trabzonspor" İtaliya nəhəngini mübarizədən kənarlaşdırdı

UEFA Gənclər Liqasının yarımfinal cütlərindən biri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, "Trabzonspor"un 19 yaşadək futbolçulardan ibarət komandası 1/4 final mərhələsində İtaliya “İnter”ini mübarizədən kənarlaşdırıb.

Türkiyə təmsilçisi 1:0 hesabı qələbə sayəsində yarımfinala yüksəlib. “Trabzonspor” Türkiyə futbol tarixində belə uğura imza atan ilk komanda olub. Trabzonluların yarımfinaldakı rəqibi “Olimpiakos"u eyni hesabla üstələyən “Zaltsburq” olacaq. 

Digər yarımfinal cütünə sabah - 2 apreldə aydınlıq gələcək. "Alkmaar" "Mançester Siti", "Ştutqart" isə "Barselona" ilə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.

Yarımfinal oyunları İsveçrədə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər