"Sarı-qırmızılılar"dan sürpriz qərar: Bissouma əvəzinə Onyedika

"Sarı-qırmızılılar"dan sürpriz qərar: Bissouma əvəzinə Onyedika

“Qalatasaray” uzun müddətdir gündəmdə olan Yves Bissouma transferindən imtina edib.

Fanat.Az xəbər verir ki, “Tottenham” ilə satınalma şərti ilə birlikdə icarə barədə razılıq əldə olunsa da, futbolçunun fiziki durumu sarı-qırmızılıları narahat edib. Bu səbəbdən anlaşma baş tutmayıb.

Bu barədə məlumatı məşhur jurnalist Saşa Tavolieri yayıb.

Super Liqa təmsilçisi hazırda oynamağa tam hazır bir yarımmüdafiəçi transfer etməyi hədəfləyir.

Bissouma transferinin ləğvindən sonra isə “Qalatasaray” diqqətini “Brügge”ün futbolçusu Rafael Onyedikaya yönəldib.

Klub artıq nigeriyalı futbolçunun nümayəndələri ilə ilkin təmas qurub, lakin belçikalı klubla hələ rəsmi danışıqlar başlamayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər