"Real Madrid"in yeni "9 nömrə"si açıqlandı

"Real Madrid"in yeni "9 nömrə"si açıqlandı

İspaniya nəhəngi "Real Madrid" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, "Kral" klubu yeni mövsümdə komandanın 9 nömrəli formasını kimin geyinəcəyini rəsmən açıqlayıb.

Bu, gənc istedad Endrikdir.

Madrid təmsilçisinin qərarı azarkeşlər arasında rezonans yaradıb. Sosial şəbəkələrdə bəzi "Real" fanatları 9 nömrəli formanın digər gənc hücumçu Qonsalo Qarsiyaya verilməsini istədiklərini bildiriblər.

Lakin klub rəhbərliyi fərqli seçim edərək gözlənilməz addım atıb. İspaniya mətbuatında qərarın pərdəarxası səbəbləri barədə müxtəlif versiyalar səsləndirilsə də, rəhbərliyin mövqeyi dəyişməz qalır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər