"Real Madrid"in ulduzu Türkiyə Super Liqasında?

"Real Madrid"in ulduzu Türkiyə Super Liqasında?

"Real Madrid"in müdafiəçisi Lukas Vaskes karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.az xəbər verir ki, ispaniyalı ulduz “Beşiktaş”a menecerlər vasitəsilə təklif olunub.

Bu barədə məlumatı "Sabah" yayıb.

Məlumata görə, “qara-qartal” rəhbərliyi 34 yaşlı oyunçuya 1 illik müqavilə təqdim etməyi planlaşdırır. Lakin Vaskes təklifin şərtlərinə, xüsusilə də müqavilənin müddətinə diqqət yetirmək niyyətindədir. Əgər anlaşma 1 ildən çox uzadılarsa, futbolçunun təklifi dəyərləndirəcəyi vurğulanıb.

Tərəflər arasında ilkin təmaslar artıq başlayıb və yaxın günlərdə danışıqların gedişatı ilə bağlı yeni detalların üzə çıxması gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər