"Real Madrid" 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

"Real Madrid" 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

İspaniya nəhəngi "Real Madrid" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, klub belçikalı kiper Tiba Kurtua ilə müqavilənin müddətini 2 il uzadıb.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

Digər bir maraqlı hal budur ki, klubun şəxsi qaydalarına əsasən 30 yaş və üstündə olan futbolçular ilə 1 ildən artıq müqavilə imzalamaq qadağandır.Ən son bu qaydanı Kriştiano Ronaldu 31 yaşında olarkən 5 illik müqavilə imzalayaraq pozan  "kral klubu" 9 il sonra ilk dəfə bu qaydanı pozub.

Qeyd edək ki, 33 yaşlı qapıçının transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər