"Qızıl Top" mənim haqqımdır" - PSJ-nin müdafiəçisi

"Qızıl Top" mənim haqqımdır" - PSJ-nin müdafiəçisi

Mərakeş millisinin və PSJ-nin ulduz futbolçusu Əşrəf Hakimi iddialı açıqlaması ilə gündəm yaradıb.

Fanat.Az xəbər verir ki, ulduz müdafiəçi "Qızıl Top" mükafatının özünə verilməsinin ədalətli olacağını bildirib:

"Qızıl Top" mənim haqqımdır. Müdafiəçi olaraq bu statistikaları əldə etmək, bu səviyyədə davamlı çıxış göstərmək çox çətindir. Fikrimcə, bu uğur mükafatlandırılmalıdır". 

Hakimi son mövsümdə həm klub, həm də milli komanda səviyyəsində yüksək performansı ilə diqqət çəkib. O, yalnız müdafiədə sabit oyunu ilə deyil, hücuma verdiyi töhfələrlə də seçilib.

Qeyd edək ki, Hakimi ötən mövsüm PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər