"Qalatasaray" Davinson Sançezlə yeni müqavilə imzaladı
Fanat.Az xəbər verir ki, “sarı-qırmızılılar" kolumbiyalı müdafiəçi Davinson Sançezin müqavilə müddətini uzadıb.
Mövcud anlaşmanın şərtlərinə əsasən, 29 yaşlı futbolçu artıq 2029-cu ilin yayına qədər “Cim-Bom” formasını geyinəcək.
2023-cü ildə “Tottenhem”dən transfer olunan Sançez qısa müddətdə “Qalatasaray”ın müdafiə xəttində lider fiqurlardan birinə çevrilib. Təcrübəli futbolçunun həm Superliqada, həm də avrokubok oyunlarında sərgilədiyi performans rəhbərliyin etimadını doğruldub və uzunmüddətli anlaşma ilə mükafatlandırılıb.
Kamil Xudiyev